İş adamı həbsdən çıxmaq üçün kimlərin adından necə istifadə edir – Təfsilat

22-09-2016, 12:53           
İş adamı həbsdən çıxmaq üçün kimlərin adından necə istifadə edir – Təfsilat
Bir müddət əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılan hazırda istintaq təcridxanasında olan iş adamı İlham Qasımovla bağlı yeni məlumatlar yayılıb.

Qeyd edək ki, iş adamı dələduzluqda, külli-miqdarda vəsaitlərin mənimsənilməsində təqsirli bilinir.

Bildirilir ki, İlham Qasımovun bir mənzili bir neçə nəfərə satması, başqa iş adamlarınının məbləği milyonlarla ölçülən vəsaiti mənimsəməsi barədə çoxsaylı şikayətlər olub. Şikayətçilər arasında çox məşhur adamların olduğu da bununla bağlı məlumatlar sırasındadır. Məhz bu şikayətlərdən sonra İ.Qasımov həbs olunub və hazırda onunla bağlı istintaq aparılır.

Onun barəsində yeni məlumat isə “Real MTK”nın təsisçisi və rəhbəri olan İ. Qasımovun yaxın vaxtlarda həbsdən buraxıla biləcəyi ilə bağlıdır. Məsələ ilə bağlı Günxeber.com-a məlumat verən mənbənin iddiasına görə, dələduzluqda suçlanan iş adamı daha bir müddətdə həbsdə qalarsa, onun törətdiyi bir çox başqa bu cür əməllərin də üstü açılacaq. Həbsdəki iş adamı bunu bildiyindən bütün qüvvəsini tezliklə azadlığa çıxa bilməsinə yönəldib. Cünki gələn məlumatlara görə, onun əməlləri rəhbərlik etdiyi “Real MTK” tikinti şirkətindən ev alan xeyli sayda vətəndaşın aldadılması ilə bitmir. Belə ki, yayılan çoxsaylı məlumatlara görə, İ. Qasımov ölkədə və Azərbaycandan kənarda tanınan bir xeyli iş adamına və dövlət məmuruna külli-miqdarda pul atıb. Həmin iş adamlarından biri isə Rusiyada biznes fəaliyyəti ilə məşğul olan və Azərbaycanda da kifayət qədər tanınan şair-biznesmen Gülağa Qəmbərov (Tənha) adlı şəxsdir. Günxeber.com-a verilən məlumata görə, hazırda həbsdə olan İlham Qasımov Gülağa Qəmbərova 20 milyon manata yaxın pul atıb. İnformasiya mənbəmizin iddiasına görə, bir müddət birlikdə Bakı şəhərində çoxmərtəbəli binaların tikintisi ilə məşğul olan şəriklərin aralarında sonradan çox ciddi problem yaranıb.

Mənbəmiz iddia edir ki, İlham Qasımov rəhbərlik etdiyi “Real MTK” tikinti şirkətini Gülağa Tənhaya satması ilə bağlı dövrüyəyə buraxdığı məlumatlar yalandır. Belə ki, İlham Qasımov Gülağa Tənhaya atdığı pulun qarşılığında adı çəkilən şirkətin səhmlərini onun yaxın adamının adına keçirməyə məcbur olub. Ancaq “Real MTK” şirkətinin sadəcə boş bir portveldən ibarət olduğu və xeyli vətəndaşla problemlərinin olduğu üzə çıxdıqdan sonra İlham Qasımovdan yerdə qalan borcunu təcili ödəməsi tələb edilib. İddiaya görə başda Gülağa Tənha olmaqla bir xeyli iş adamı və məmur DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə İlham Qasımovdan şikayət ediblər. Bundan başqa “Real MTK” şirkətindən ev alan və aldaılan vəətndaşlar da İlham Qasımovun fırıldağı ilə qarşılşdıqları və aldadıldıqları üçün şikayətçidirlər. Qeyd edək ki, aznews.az saytının şikayətçilərdən birinin iddiasına əsasən məlumatına istinadən yazdığı məlumata görə dələduzluqda suçlanan iş adamı həbsdə ola-ola belə özünə şərait yaradıb və iş görüşmələrini təcridxanada çox rahatlıqla həyata keçirir.Görünür İlham Qasımovun Gülağa Tənhaya və çoxlu sayda məmura, vətəndaşa atdığı pullar təcridxanada belə işinə yarayır.

Gunxeber.com-a iş adamı ilə bağlı proseslərdən xəbərdar olan şəxslərdən birinin verdiyi məlumata görə, nəyin bahasına olursa-olsun həbsdən qurtulmağa çalışan İlham Qasımov bunun üçün bütün əlaqələrini işə salıb. İş adamı hətta bu məqsədlə prezidentin mühafizə xidmətinin rəhbəri general Bəylər Əyyubovun adından da istifadə etməyə başlayıb. Məlumatda vurğulanır ki, İlham Qasımov doğulduğu Beyləqan rayonunda camaat arasında dəfələrlə açıq aşkar deyib ki, onun arxasında SOCAR prezidenti Rövnəq Abdullayev və general Bəylər Əyyubov kimi güclü şəxslər dayanır. Amma deyilənə görə, əslində bu şəxslərin İlham Qasımovla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Sadəcə Eldar Mahmudov məktəbinin fırıldaqçılığını yüksək səviyyədə mənimsəyən İlham Qasımov SOCAR rəhbəri ilə generalın adını gündəmə gətirməklə özü ilə bağlı hansısa müdafiə taktikası qurmağa çalışır. İ. Qasımovun bu və digər əməlləri, həmçinin onunla bağlı baş verən son proseslər barədə saytımızı bilgiləndirən mənbələr növbəti günlərdə bu barədə daha ətraflı məlumatlar verəcəklərini bildiriblər.

Xatırladaq ki, İlham Qasımov hələ bir müddət əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynı Məzahir Cəfərovun intiharı ilə gündəmə gəlmişdi. Belə ki, mərhum son günlərə kimi “Galaxy Palace” tikinti şirkətində çalışıb. Şirkətin rəhbəri isə İlham Qasımovdur.

İş adamı intihar olayından əvvəlsə İbrahimovlarla məhkəmə çəkişməsi məsələsi ilə gündəmə gəlmişdi. Qasımovun məhkəmə proseslərini udaraq, Nazim İbrahimovun kiçik qardaşı Sahib İbrahimovun 4 binasını ələ keçirdiyi bildirilirdi. Maraqlısı odur ki, İbrahimovlara zərbə vuran bu məhkəmə proseslərindən sonra M.Cəfərov öz qohumları ilə deyil, İlham Qasımovla işləməyə başlamışdı. Həmin vaxt İ. Qasımov mətbuata açılamasında N.İbrahimovun qardaşı ilə iş birliyinin davam etdiyini və aralarında heç bir problemin olmadığını bildirmişdi.

Amma baş verənlər və nəticə göz önündədir.

Mövzu ilə bağlı yeni məlumatlar əldə etməyə çalışmaqla yanaşı, qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.