Krımda dəhşət: Şirlər parkın əməkdaşını parçaladılar

17-10-2024, 17:58           
Krımda dəhşət: Şirlər parkın əməkdaşını parçaladılar
Krımda "Tayqan" şirlər parkında işləyən Leokadiya Perevalova içərisində üç şirin olduğu qəfəsi təmizləyərkən yırtıcıların hücumu nəticəsində həyatını itirib.

TASS xəbər verir ki, o, təmizlik zamanı qəfəsin iki otağını ayıran qapını bağlamağı unudub.

Qeyd olunur ki, şirlər qadına hücum edərək onu ölümcül yaralayıblar.

Park direktoru Oleq Zubkov hesab edir ki, işçinin ölümünə insan amili səbəb olub.

"Görürük ki, volyeri təmizləyərkən qapı bağlanmayıb. Məncə, bu hadisədə insan amili və unutqanlıq rol oynayıb. Bir növ səhvə yol verilib", - deyə direktor parkın "Telegram" kanalında yayımlanan videomüraciətində bildirib.

Onun sözlərinə görə, hadisə yerinə gələn əməkdaşlar qadına heç bir köməklik göstərə bilməyiblər.

"Tayqan"ın direktorunun qeyd etdiyi kimi, L.Perevalova karyerasına heyvanlara qulluq edən işçi kimi başlayıb, sonra Yaltada "Skazka" zooparkının direktoru olub. Qadın təcrübəli mütəxəssis olub və digər işçilərə yırtıcı heyvanlarla necə davranmağı öyrədirmış.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru