Rusiyada "Azərbaycanlı dəstə" TUTULDU - Qanunsuz MİQRASİYA

17-10-2024, 11:46           
Rusiyada "Azərbaycanlı dəstə" TUTULDU -
Rusiyanın Krasnoyarsk diyarında 3 azərbaycanlıya cinayət işi açılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, onlar Açinsk şəhərində bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq qanunsuz miqrasiyanın təşkili ilə məşğul olmaqda şübhəli biliniblər.

Müəyyən edilib ki, Açinsk şəhərində yaşayan 3 nəfər azərbaycanlı həmyerlilərindən 3-nün Rusiyada qanunsuz qalmasına şərait yaradıb.

Onlardan biri həmyerlilərini tikintisi başa çatmamış fərdi evdə məskunlaşdırıb, digəri kommersiya təşkilatının sahibi vətəndaşları fəhlə kimi işə götürüb. Tərəfdaşlar qeyri-qanuni mühacirlərə iş fəaliyyətlərini gizlətmək üçün hər cür köməklik göstəriblər.

İstintaq Komitəsi faktla bağlı “Qanunsuz miqrasiyanın təşkili” (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 322.1-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi) maddəsilə cinayət işi açıb. Şübhəlilər saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkar qruplaşmada başqa iştirakçıların olub-olmadığını araşdırır.

Araşdırma çərçivəsində polis əməkdaşlarının miqrasiya qanunvericiliyinin tələblərinə əməl olunmasının yoxlanılması üzrə xidməti vəzifələrinin icrası zamanı hərəkətlərinə (hərəkətsizliyinə) də hüquqi qiymət veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru