Bu məhsullar şəkər və xolesterini azaldır

Bu gün, 12:24           
Bu məhsullar şəkər və xolesterini azaldır
Toyuq, mal əti, eləcə də dəniz məhsulları, balıq və yumurta qanda şəkər və xolesterol səviyyəsini azalda bilər. Foodinfo.az xəbər verir ki, tibb elmləri namizədi Yelena Korşun bunu Rusiya 1 kanalında "Ən vacib şey haqqında" verilişinin efirində deyib. Həkim izah edib ki, bu məhsullarda taurin maddəsi var.Taurin şəkərli diabet xəstələri üçün lazımdır, çünki o, xüsusilə qan damarlarından gələn ağırlaşmaların inkişafının qarşısını alır. Korşun əlavə edib ki, taurin qlükoza səviyyəsini aşağı salır və insulinə həssaslığı artırır. Həmçinin, bu maddə qaraciyərin vəziyyətinə müsbət təsir göstərir.Taurin qaraciyərdə qan axını artırmağa və orqan hüceyrələrini məhv olmaqdan qorumağa qadirdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.