HƏMAS-ın yeni lideri o oldu

18-10-2024, 11:10           
HƏMAS-ın yeni lideri o oldu
Fələstinin HƏMAS hərəkatının xaricdəki nümayəndəliyinin rəhbəri Xaled Maşal təşkilatın yeni lideri olub.

Bu barədə məlumatı öz mənbələrinə istinadən Livanın “LBCI” portalı yayıb.

Portalın mənbələri X.Maşalın hərəkatın lideri səlahiyyətlərini icra edən şəxs rolunu öz üzərinə götürdüyünü təsdiqləyib:

“İndi girovların azad edilməsi məsələləri üzrə danışıqlarda iştirak edən əsas tərəflərlə bütün təmaslardan o cavabdeh olacaq. HƏMAS rəhbərliyi, həmçinin Yəhya SinvarınTel-əl-Sultanda əməliyyat nəticəsində ölməsi barədə türkiyəli, qətərli və misirli məmurları məlumatlandırıb”.

Xatırladaq ki, 61 yaşlı HƏMAS lideri Yahya Sinvar İsrail Müdafiə ordusunun həyata keçirdiyi əməliyyat zamanı öldürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru