Azərbaycanda müəllimləri daşıyan maşını SEL APARDI - VİDEO

19-10-2024, 09:14           
Azərbaycanda müəllimləri daşıyan maşını SEL APARDI - VİDEO
Qubanın Cimi kəndində müəllimləri daşıyan maşını sel aparıb.

TEREF oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, avtomobildə olan bir qrup müəllim heyəti çayı keçən zaman sel gəlib.

Nəticədə “Chevrolet” markalı nəqliyyat vasitəsini su basıb və 100 metr məsafəyə aparıb.

Avtomobil çaydakı iri daşa ilişərək dayandıqdan sonra nəqliyyat vasitəsini və sürücünü sudan çıxarmaq mümkün olub.

Sakinlər bildiriblər ki, kənddə körpü yoxdur, yalnız Qonaqkənddə var. Cimi sakinləri gediş-gəliş üçün çayı keçməli olurlar.

Həmin görüntüləri təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru