Rusiya 500-dən artıq ukraynalının cəsədini qaytardı – Növbəti mübadilə baş tutub

19-10-2024, 00:18           
Rusiya 500-dən artıq ukraynalının cəsədini qaytardı –
Rusiya və Ukrayna ölən hərbçilərin cəsədlərinin növbəti mübadiləsini həyata keçirib. 501 hərbçinin meyiti Ukraynaya, 89-u isə Rusiyaya qaytarılıb.

“AzPolitika” xəbər verir ki, bunu Dövlət Dumasının deputatı, parlamentin hərbi əməliyyatlar üzrə koordinasiya qrupunun nümayəndəsi Şəmsail Sarəliyev deyib.

Ukraynanın Əsirlərin Mübadiəsi üzrə Koordinasiya Qərargahı Avdeevka, Marinka, Baxmut yaxınlığında, Zaporojye və Luqansk istiqamətində gedən döyüşlərdə həlak olan hərbçilərin cəsədlərinin, habelə Rusiyadakı morqdan bir cəsədin vətənə qaytarıldığını bildirib.
Ətraflı

Meyitlər şəxsiyyətinin müəyyən edilməsi üçün Ukrayna morqlarına aparılacaq, sonra dəfn olunmaq üçün qohumlarına təhvil veriləcək.

Rusiya Müdafiə Nazirliyi hələlik mübadilə ilə bağlı şərh verməyib.

Rusiya və Ukrayna 2022-ci ildən mütəmadi olaraq həlak olan hərbçilərin cəsədlərini dəyişdirir. Beynəlxalq Qızıl Xaç Komitəsi mübadilələrdə vasitəçi kimi çıxış edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru