Çarpayısında hoppanarkən pəncərədən yıxıldı

21-10-2024, 11:54           
Çarpayısında hoppanarkən pəncərədən yıxıldı
Dörd yaşlı Mi’laya Marie çarpayısında tullanarkən müvazinətini itirərək yanındakı açıq pəncərədən yerə düşüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da dörd yaşlı uşaq oynadığı oyun nəzarətdən çıxdıqdan sonra faciəvi şəkildə həyatını itirib.

Vaşinqtonda yaşayan Mi’laya Marie adlı kiçik qız çarpayısında tullanarkən müvazinətini itirib və yanındakı açıq pəncərədən yerə düşüb. 4-cü mərtəbədən yıxılan balaca uşağı xilas etmək mümkün olmayıb.

Ana Nəcahə Kansler hadisə baş verən gün dörd övladına tək baxdığını və açıq pəncərəyə fikir vermədiyini deyib. Dəhşətli qəzadan şoka düşdüyünü izah edən qadın dünyasını dəyişən qızının çox hərəkətli uşaq olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru