Sürücülər üçün VACİB XƏBƏR - Mobil telefonda anti-radar - VİDEO
23-09-2016, 14:33
Mobil telefonlara yüklənən anti-radar proqramıdır, Qarşıda kamera və radarın olduğunu göstərir, xəbərdarlıq edir ki, avtomobilin sürətini azaltmalıyıq.
Anti-radar proqramları sürət həddinin aşılması ilə yanaşı qarşıda piyada keçidinin və kameranın olduğunu da göstərir. Lakin rus və ingilis dillərində olan proqram bəzi hallarda sürət həddlərinə edilən dəyişikliyi üzə çıxar bilmir. Ekspertlər isə mobil anti-radarın sürücüyə heç bir kömək etmədiyini bildirir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə xəbərdarlıq edir ki, avtomobilə sürəti ölçməyə mane olan qurğu qoyulmasına görə sürücü məsuliyyət daşıyır və 500 manatdan 800 manata qədər cərimə edilir:
"Sürücü sükan arxasında hərəkətdə olarkən mobil telefondan istifadə edirsə, bu inzibati məsuliyyətdir. Telefondan istifadə etdiyinə görə sürücü inzibati qaydada məsuliyyətə cəlb edilir". [media=https://www.youtube.com/watch?v=Wkmuv2fk83w]