Çindən Livana tibbi ləvazimat yardımı

22-10-2024, 17:48           
Çindən Livana tibbi ləvazimat yardımı
3 min 601 qutu tibbi ləvazimat daşıyan Çin yük təyyarəsi bu gün səhər saatlarında Livanın paytaxtı Beyruta çatıb.

News24.az xəbər verirki, tibbi avadanlıq yardımı anesteziya dərmanları, tənəffüs boruları, cərrahi xalat və oksigen maskalarından ibarətdir.

Çin Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyi İsrailin Livana hücumlarını artırdıqdan sonra yardımın Livan hökumətinin tələbi əsasında hazırlandığını bildirib.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 8-dən bu yana 104-ü uşaq və 194-ü qadın olmaqla, ümumilikdə 2483 nəfər ölüb, 11628 nəfər yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru