“Honda” ABŞ-dən 721 minə yaxın avtomobili geri çağıracaq

23-10-2024, 10:58           
“Honda” ABŞ-dən 721 minə yaxın avtomobili geri çağıracaq
“Honda Motor” ABŞ-dən 720,8 min avtomobili yanacaq nasosunda yaranan problemlə əlaqədar geri çağırır.

Bu barədə ABŞ-nin Avtomobil Yollarının Hərəkətinin Təhlükəsizliyi üzrə Milli Administrasiyası (NHTSA) məlumat yayıb.

Qeyd olunub ki, yanğın və qəza riski səbəbindən 2023-cü ilə aid modellər, o cümlədən “Accord”, “Civic” və “CR-V Hybrid” markalı modellər geri çağırılacaq.

NHTSA-nın ehtimalına görə, yanacaq nasosunda çat əmələ gələ bilər ki, bu da yanacağın sızması və yanğın təhlükəsinin yaranması ilə nəticələnə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru