Mərci yedi, iştahını itirdi – 10 ildir heç nə yemir

Bu gün, 11:58           
Mərci yedi, iştahını itirdi – 10 ildir heç nə yemir
Efiopiya sakini Muluvork Ambo 10 il əvvək qırmızı mərcidən raqu yeyən zaman qəfildən özünü pis hiss edib. Həmin gündən o, iştahını itirib.
Bakupost.az xəbər verir ki, bu vəziyyət düzəlməyib və Ambo 10 ildən çoxdur heç bir şey yeyib-içmir.
O zaman 16 yaşı olan qız ailəsini və həkimləri aldadıb ki, yemək yeyir. Lakin sonradan yalanın üstü açılıb.
İndi isə 26 yaşlı qadın dəfələrlə tibbi müayinələrdən keçsə və müalicələr alsa da, vəziyyət düzəlmir. Həkimlər onun qidasız bu qədər yaşaya bilməcəyini və qadının yalan danışdığını güman edir. Lakin hər dəfə müayinələrdə onun mədə-bağırsaq sistemində bir dəfə də olsun, qida qalıqları və əlamətləri görülməyib.
Onun normal yaşamaq üçün enerjin hardan aldığı məlum deyil. Qız elə hesab edir ki, bu İlahinin təqdiridir və bununla barışmaqdan başqa çarəsi yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.