Rusiya Ukraynanın dronla biokimya zavoduna zərbə endirdiyini bildirir
23-10-2024, 09:44
Rusiya rəsmiləri çərşənbə axşamı bildirib ki, Ukraynanın dron hücumu Tambov regionunda biokimya zavodunda partlayış və yanğına səbəb olub.
Tambov qubernatoru Maksim Yeqorov Telegram-da deyib ki, yanğın çərşənbə axşamı söndürülüb və ilkin məlumatlar xəsarət alanın olmadığını göstərir.
Rəsmilər çərşənbə axşamı bildirib ki, Ukrayna dronları həmçinin Tula bölgəsində iki içki zavoduna ziyan vurub.
Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı Bryansk bölgəsi üzərində 11, Belqorod üzərində üç, Kursk üzərində iki, Tula və Oryol bölgələrinin hər biri üzərində isə bir Ukrayna dronunu vurduğunu bildirib.
Belqorod qubernatoru bildirib ki, vurulan dronların qalıqları iki evə ziyan vurub. Bryansk qubernatoru isə deyib ki, hücum nəticəsində bir binaya ziyan dəyib.
Ukraynada Sumının qubernatoru İhor Kalçenko deyib ki, Rusiyanın dron hücumu nəticəsində üç nəfər ölüb.
Kalçenko bildirib ki, Ukraynanın hava hücumundan müdafiə qüvvələri regionda Rusiyanın 25 dronunu vurub.
ABŞ yardımı
ABŞ müdafiə naziri Lloyd Austin bazar ertəsi Kyivə səfəri zamanı deyib ki, Birləşmiş Ştatlar Ukraynaya Rusiya ilə 32 aydır davam edən müharibədə mübazirə aparmağa davam etməsi üçün “ehtiyacı olanları verəcək.”
Ancaq o bildirib ki, ABŞ Ukraynanın NATO-ya qoşulmaq istəyinə dərhal razılaşmayacaq, nə də Kyiv qüvvələrinə Rusiyanın dərinliklərinə raket hücumları etməsinə icazə verməyəcək.
Austin bildirib ki, ABŞ Ukraynaya “sağ qalması və təhlükəsizliyi uğrunda döyüşməsi üçün” lazım olanı verəcək. O deyib ki, Qərb ölkələrinin Rusiyanın aqressiyasına qarşı durması vacibdir.
“Avropanın gələcəyi təhlükədədir,” Austin Ukrayna Diplomatik Akademiyasında çıxışında bildirib. “NATO-nun gücü təhlükədədir. Amerikanın təhlükəsizliyi təhlükədə altındadır.”
Austinin Ukraynaya səfər etməsi fonunda ABŞ Rusiya ilə müharibə başlayandan bəri 68-ci hərbi yardımını elan edib ki, buna təxminən 400 milyon dollar dəyərində yeni silahlar, o cümlədən raket və artilleriya minaatan sistemləri üçün döyüş sursatları və mərmilər, zirehli texnikalar və tank əleyhinə silahlar daxildir.
Vaşinqtonda Yaxın Şərq Siyasəti İnstitutunun baş elmi işçisi Anna Borşçevskaya Amerikanın Səsinə bildirib ki, ABŞ-ın yardımına Ukraynanın istədiyinin çoxu daxil deyil.
“Başqa sözlə yeni silahlar verilməyib. Ukraynanın hələ də Rusiyanın daxilinə zərbə endirmək üçün silahlardan istifadə etmək imkanı yoxdur və Ukraynanın NATO-ya potensial üzvlüyü ilə bağlı müzakirə aparılmayıb,” o deyib.
Döyüşlər davam etdiyi bir vaxt Rusiyanın cənubda yerləşən Zaporijye şəhərinə raket hücumu nəticəsində şəhərin mərkəzində iki nəfər ölüb, mülki infrastruktura, o cümlədən uşaq bağçasına və 30-dan çox yaşayış binasına böyük ziyan dəyib. Bu barədə region qubernatoru İvan Fedorov məlumat verib.