Həyat dramı - Əri və uşaqları evdə olarkən özünü 9-cu mərtəbədən atdı

23-09-2016, 22:50           

Dünən Bakıda qadının çoxmərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

teref.az-nun Lent.az-a istinadən məlumatına görə, 1980-ci il təvəllüdlü Qarayeva Nurlanə Nemət qızı əslində bədbəxt hadisənin qurbanı olmayıb, onun intihar etdiyi üzə çıxıb. Bəlli olub ki, 36 yaşlı qadın həyat yoldaşı və uşaqları evdə olarkən mənzilin eyvanına çıxaraq özünü atıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.