Meksikada hərbçilərlə cinayətkarlar arasında toqquşma: 19 nəfər ölüb

26-10-2024, 10:26           
Meksikada hərbçilərlə cinayətkarlar arasında toqquşma: 19 nəfər ölüb
Meksikanın Gerrero ştatında hərbçilərlə cinayətkarlar arasında baş verən toqquşmalarda 19 nəfər həlak olub.

TASS xəbər verir ki, bu barədə ölkənin İctimai təhlükəsizlik və vətəndaşların müdafiəsi naziri Omar Qarsia Harfuş məlumat verib.

"Hücum zamanı 17 silahlı zərərsizləşdirilib, 11-i həbs edilib. İki bələdiyyə polisi öldürülüb, dördü yaralanıb", - deyə nazir bildirib.

Qarsia Harfuş qeyd edib ki, hücum edənlər səhər saatlarında rəqib qruplaşmaya hücum etməyi planlaşdırmışdılar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru