Bakı metrosunda PROBLEM - QR-kodlar işləmədi 6-11-2024, 09:40 Bakı Metropolitenində "Birbank" tətbiqi ilə QR-kodla ödənişlərdə problem yaranıb.Məsələ ilə bağlı Modern.az-a sərnişinlər məlumat veriblər.Belə ki, "BakıKart"ın metro ödənişləri üçün nəzərdə tutulan "Birbank" mobil tətbiqindəki bölməsi işləməyib.Kartlardan ödənişlər çıxılsa da, QR-kod oxudulması prosesi baş tutmayıb.Sözügedən problem metroda sıxlığa səbəb olub. Facebook-da paylaş