Ermənistan həmin gəncə cinayət işi açdı

1-04-2025, 10:44           
Ermənistan həmin gəncə cinayət işi açdı
Ermənistan İrəvanda Azərbaycan dilində danışaraq video çəkən türkiyəli gəncə qarşı cinayət işi açıb.

TEREF Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan “Joxovurd” nəşrinin müxbirinə bildirib.

Abazyan ətraflı məlumat verməyib, o, jurnalistə İstintaq Komitəsi ilə əlaqə saxlamağı məsləhət görüb.

Qeyd edək ki, Azərbaycanda yaşayan və müəllim kimi çalışan Ogün Özdemir bir müddət əvvəl Gürcüstana, oradan isə Ermənistanın paytaxtına yollanıb.

Gənc səfər zamanı demək olar ki, hər addımını lentə alıb və İrəvanı “tarixi torpaqlarımız” adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru