Çində partlayış: Çox sayda yaralı var

1-05-2025, 07:14           
Çində partlayış: Çox sayda yaralı var
Çinin şimalındakı Şansi əyalətində yaşayış massivində partlayış baş verib.

"Cebheinfo.az" xəbər verir ki, hadisə nəticəsində azı 17 nəfər xəsarət alıb.

Partlayış günorta saatlarında Tayyuan şəhərində baş verib.

Dövlət “CCTV” telekanalı partlayışın səbəbi ilə bağlı heç bir məlumat paylaşmayıb. Hadisə şahidləri bildiriblər ki, pəncərələr qırılıb və ətrafı tüstü buludları bürüyüb.

“Weibo” sosial media platformasında paylaşılan görüntülərdə binanın qarşısında dayanmış avtomobillərin alov alması əks olunub. Sıx tüstünün yüksəldiyi, bəzi mənzillərin şüşələrinin sındığı müşahidə edilib.

Partlayışdan sonra əraziyə 210 yanğınsöndürən və 43 yanğınsöndürən maşın göndərilib.

Fövqəladə Hallar Nazirliyi axtarış-xilasetmə işlərinin əlaqələndirilməsi üçün hadisə yerinə qrup göndərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru