Fransada "Google" 325 milyon avro məbləğində cərimələndi
Bu gün, 17:24
Fransada "Google" şirkəti 325 milyon avro məbləğində cərimələnib. Bu barədə Fransanın İnformatika və Azadlıqlar üzrə Milli Komissiyası (CNIL) qərar qəbul edib.
Sanksiyaya səbəb istifadəçi məlumatlarının məxfiliyinə dair Avropa qanunvericiliyinin sistematik şəkildə pozulması olub.
Xüsusilə, şirkət iki əsas pozuntuda ittiham olunur:
"Akkaunt sahiblərinin aşkar razılığını almadan "Gmail" poçt xidmətində məqsədli reklam yerləşdirmək, həmçinin "Google" hesabı yaradarkən istifadəçinin fəaliyyətini izləmək üçün "cookie" fayllarının (trekerlər) avtomatik quraşdırılması".