ABŞ-də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

Bu gün, 17:58           
ABŞ-də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi
ABŞ-nin Florida ştatının sakini ayağını iyləməyə icazə verməyən qızın üzərinə avtomobil sürüb.

Oxu.Az-ın "New York Post"a istinadən verdiyi xəbərə görə, 28 yaşlı kişi tanışlıq proqramı vasitəsilə fut-model ("foot model" reklamda məhsul nümayiş etdirmək üçün əsas obyekt olan şəxsdir - red.) olan qadınla tanış olub və onunla hotel otağında görüşüb.

Görüş zamanı o, qızdan ayaqlarını iyləməyə icazə verməsini istəyib və köhnə idman ayaqqabılarını satmasını xahiş edib. Qız ayaqqabıları yalnız 1000 dollardan yuxarı qiymətə satmağa razılaşıb. Bundan sonra mübahisə yaranıb.

"O, sadəcə, ayaqlarımı iyləmək istəyirdi və bu mənə xoş deyildi. Yəni idman ayaqqabılarımı götürə bilərdi, amma bu, sadəcə köhnə, iy verən ayaqqabılardır. İnsanlar qəribə şeyləri xoşlayırlar", - deyə zərərçəkən bildirib.

Kişi göstərilən məbləği ödəməkdən imtina etdikdə, qız hamama gedib. Kişinin otaqdan çıxdığını eşidəndə, qadın onun nəyinisə oğurladığını güman edib. O, dayanacağa qaçıb və orada qırmızı "Mercedes-Benz"in sükanı arxasında olan kişi qəflətən avtomobili onun üzərinə sürüb. Zərərçəkənə təcili tibbi yardım göstərilib, sürücü isə daha sonra polis tərəfindən saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru