Adyal mübahisəsinə görə təyyarə yerə endirilib

9-03-2017, 21:55           
Adyal mübahisəsinə görə təyyarə yerə endirilib
Las Veqas- Honolulu səfərində “Hawaii” Hava yolları təyyarəsi adyal pulu mübahisəsinə görə Los- Ancelesdə yerə endirilib.
Polisə görə adı açıqlanmayan 66 yaşındakı bir sərnişin üşüdüğünü söyləyərək stüardessadan adyal istəyib. Adyal üçün 12 dollar ödəmək lazım olduğunu eşidən sərnişin “buna görə bəzilərini pis şəkildə döymək istəyirəm” deyib. Bu sözləri təhdid olaraq qiymətləndirən pilot təyyarəni Los- Ancelesdə yerə endirib.
Könüllü olaraq enən və başqa bir təyyarə ilə səfərinə davam edən sərnişin şirkət səlahiyyətlilərinə şikayət edərək “təyyarənin içi soyuq olduğu üçün pul ödəməməliyəm” deyib. Polis onun davranışında cinayət ünsürü olmadığı üçün sərnişinin istintaqa cəlb edilməditini açıqlayıb.
Los-Anceles Hava limanının sözçüsü Rob Pedregon “təyyarədə olsaydım, onun adına 12 dolları ödəyərdim” deyib.

azadliq.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru