"Facebook"da Dövlət İmtahan Mərkəzi adı ilə saxta səhifə və qruplar fəaliyyət göstərir - XƏBƏRDARLIQ

5-06-2017, 20:01           
"Facebook"da Dövlət İmtahan Mərkəzi adı ilə saxta səhifə və qruplar fəaliyyət göstərir - XƏBƏRDARLIQ
Dövlət İmtahan Mərkəzi "Facebook" istifadəçilərinə müraciət edib.

DİM-dən APA-ya verilən xəbərə görə, aparılan araşdırmalar və qurumun səhifəsinə ünvanlanmış çoxsaylı müraciətlər nəticəndə "Facebook" sosial şəbəkəsində Dövlət İmtahan Mərkəzi adı ilə bir çox saxta səhifə və qrupların fəaliyyət göstərdiyi müəyyənləşib.

Həmin səhifə və qruplarda imtahanlar, qəbul kampaniyasının gedişi, eləcə də DİM-in fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır.

Mərkəz istifadəçilərin nəzərinə çatdırır ki, DİM-in bu səhifədən (https://www.facebook.com/stateexamcenter/ ) başqa heç bir rəsmi “Facebook” səhifəsi fəaliyyət göstərmir: "Yalnız bu səhifədə rəsmi məlumatlar verilir və istifadəçilərin suallarına doğru cavablar təqdim olunur. Sizdən xahiş edirik ki, DİM adı ilə yaradılmış saxta “Facebook” səhifələrindən istifadə etməyəsiniz".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.