İTV-nin iki departament müdiri işdən çıxarıldı

5-06-2017, 21:31           

İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni təyinatlar olub.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, şirkətin informasiya departamentinin direktoru Telman Məmmədov (Nəzərli) vəzifəsindən çıxarılıb. Onun yerinə departamentin direktor müavini Ələsgər Vəliyev təyin edilib.

Məlumat üçün bildirək ki, T.Məmmədov Prezident İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli sərəncamına əsasən televiziya və radio sahəsində xidmətlərinə görə "Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Daha bir dəyişiklik isə Gənclər, elm və təhsil departamentində olub. Məlumata görə, departamentin rəhbəri Zaur Mahmudov postundan uzaqlaşdırılıb. Bu vəzifəyə "Carçıfilm” Yaradıcılıq Birliyinin direktoru Rauf Rəcəbov gətirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru