Polis “Metro Park”a “bomba qoyulması” barədə yalan məlumat verən şəxsi tutub

12-06-2017, 14:00           
Polis “Metro Park”a “bomba qoyulması” barədə yalan məlumat verən şəxsi tutub
Daxili İşlər Nazirliyi (DİN) “Metro Park” ticarət mərkızində yalandan “bomba qoyulması” hadisəsi ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat xidmətindən “Report”a bildirilib ki, iyunun 11-də saat 14.42 radələrində naməlum şəxs DİN-in 102 "Zəng Mərkəzi"nə mobil telefondan zəng edib Nərimanov rayonu ərazisindəki "Metro Park" ticarət mərkəzinə bomba qoyması barədə məlumat verib.
Dərhal müvafiq tədbirlər görülüb, lakin məlumat təsdiqini tapmayıb.
Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilərək tutulub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə ) maddəsi ilə cinayət işi başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru