Ağac avtomobilin üzərinə aşdı Sürücünün vəziyyəti ağırdır (FOTO)

16-06-2017, 11:11           
Ağac avtomobilin üzərinə aşdı Sürücünün vəziyyəti ağırdır (FOTO)
Mingəçevir şəhərində ağac hərəkətdə olan maşının üzərinə aşıb, sürücü xəsarət alıb.

teref.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi ərazisində baş verib.

Belə ki, şəhər sakini, 1987-ci il təvəllüdlü Rəvan Ramiz oğlu Əliyev idarə etdiyi 90-FP-566 dövlət qeydiyyat nömrə nişanl "Nİssan-Sunny" markalı avtomobillə hərəkətdə olan zaman güclü külək iri gövdəli ağacı kökündən qopararaq avtomobilin üzərinə aşırıb.

Nəticədə sürücü deformasiyaya uğrayan avtomobilin içində qalıb. Köməksiz vəziyyətdə qalan sürücü ətrafdakıların köməyi ilə avtomobildən çıxarılıb və Mingəçevir Şəhər Mərəkəzi Xəsətəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru