Niderlandın Bakıdakı səfirliyində bayraqlar yarıya endirildi

17-07-2015, 22:05           
Niderlandın Bakıdakı səfirliyində bayraqlar yarıya endirildi
Niderland Krallığının Azərbaycandakı səfirliyinin önündəki bayraqlar yarıya endirilib.

Bu barədə "Report"a səfirlikdən məlumat verilib.

Diplomatik nümayəndəlikdən bildirilib ki, 1 il əvvəl Ukraynanın Donetsk şəhəri yaxınlarında vurulan "Malayziya Hava Yolları"na aid təyyarədə həlak olanların xatirəsini yad etmək üçün krallığın dövlət bayrağı yarıya endirilib.

Xatırladaq ki, 1 il əvvəl MH17 Amsterdam - Kuala-Lumpur reysini yerinə yetirən "Malayziya Hava "Yolları" aviaşirkətinə məxsus Boinq-777 sərnişin təyyarəsi Donetsk üzərində vurulub.

Təyyarə qəzası nəticəsində 283 sərnişin və 15 ekipaj üzvü həlak olub, onlardan 192 nəfəri Niderland vətəndaşı, 44 nəfəri isə Malayziya vətəndaşı olub.

Bu yaxınlarda Malayziya hadisənin səbəblərini araşdırmaq üçün BMT-də beynəlxalq tribunalının yaradılması təşəbbüsü ilə müraciət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru