İstilik tarifləri yenə artdı! - İqtisadçı ekspert şərh edir
Dünən, 07:45

Son bir neçə ayda istilik tariflərindəki artımlar artıq əhalinin üzərində ciddi bir yükə çevrilib. Yanvar ayında 200% artan (15 qəpikdən 30 qəpiyə) tariflərdən sonra, bu gün bir daha (30 qəpikdən 45 qəpiyə) artım qərarı alındı. Əhali artan qiymətlərlə başa çıxmaqda çətinlik çəkir.
Minimum əmək haqqı hələ də 400 manat, minimum pensiya isə 250 manat olaraq qalır. Bəs bu gəlirlərlə artan istilik xərclərini necə qarşılamaq olar? Hər şeyin qiyməti artır, amma gəlirlər eyni səviyyədə qalır. Bununla yanaşı, işsizlik və gəlir bərabərsizliyi hələ də ciddi bir problem olaraq qalır.
İstilik məsələsində də çətinliklər var – binalarda istilik sistemləri qənaətbəxş deyil və insanlar hətta soyuq qış günlərində istilik problemi ilə üzləşirlər.
Bu vəziyyətdə insanlar daha nə qədər dözə bilər? Hökumət bu artımları daha da ağırlaşdırmadan sosial dəstək tədbirlərini artırmalıdır. Gəlirlər artmır, amma xərclər sürətlə yüksəlir.
Əhalinin həyatı artıq daha da çətinləşir! İqtisadi vəziyyətin daha da pisləşməsinə yol verilməməlidir.
Razi Abasbəyli
TEREF