İmaməli (ƏLİ) Abdullahi - Ərdəbildən gəlib Qarabağda savaşan QAZİ
Dünən, 07:34

Azərbaycan xalqı bu Qarabağ qazisini tanımalıdır. İmaməli Abdullahi 1-ci Qarabağ müharibəsində iki dəfə ağır yaralanıb..Müharibə bitənə qədər döyüşlərdə iştirak edib. Gəlin onun həyat yolu ilə tanış olaq.
31.05.1972-ci ildə İran İslam Respublikasının Ərdəbil şəhərində doğulub. 9 ay İran Silahlı Qüvvələri sırasında İslamabad uğrunda gedən döyüşlərdə iştirak edib.
Qarabağda başlayan döyüş yolu Biləsuvar Könüllülərinin nəzdində Qubadlı N hərbi hissənin birinci 2-ci,sonra 5-ci batalyonunda xidmətə başlamışdır. 05.1992 07.01.1994-cü illər 706 saylı hərbi hissənin 2-ci taburu sıralarında pulemyotçu, qumbaraatan vəzifələrində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçısı olub. Eyni zamanda Zəngilan uğrunda da döyüşlərdə istirak etmişdir.Gorus-qafan istiqamətli hücumda iştirak etmiş, erməni ordusunun hücumunun qarşısının alınmasında igidlik göstərmişdir.Laçın döyüşlərindən daha yana yana danışdı.Güləbirt,Qızqəbri,və digər döyüşlərdən… amma Suarasında ayağımdan yaralandım.
07.01.1994-cü ildə Ağdamın Güllücə kəndi ərazisində güclü kəllə-beyin travması alaraq 15 gün səhra hospitalında müalicə edilib.
İmaməli 12 aprel 1993-cü ildə Laçının Qızartı yüksəkliyində sağ baldırından güllə yarasına məruz qalaraq 45 gün Xanlıqda, Bakının Sabunçu xəstəxanalarında müalicə olunub və bir neçə dəfə cərrahiyyə əməliyyatları keçirib.
Sözardı: İmaməli (Əli) Biləsuvar rayonu Bəydili kəndinə qohumlarıgilə gəlir.Bibisi Sücayət xanım onu övladı kimi saxlayır.Elə döyüş yolu da Biləsuvar könüllüləri ilə tanışlıqdan sonra başlanır.
Evlidir.Quzey Azərbaycandan olan xanımla evlidir.3 qızı ,1 oölu var. Qarabağ müharibəsi əlilidir.Hal-hazırda Ərdəbildə yaşayır.
TEREF