Duxunuz çatır,əvvəl Həmkarlar Təşkilatlarını işəgötürənin əlindən qoparın!
Bu gün, 00:04
Həmkarlar Təşkilatı (ARƏM Maddə 309). bu Əmək Məcəlləsinin tələblərinə əməl olunmasına ictimai nəzarətİ həyata keçirməli olan orqandır.☝ Neçə gündür sosial şəbəkələrdə Həmkarlar Təşkilatından giley edirsiniz. İstirahətiniz təmin edilmədiyi üçün. Onu da düz edirsiniz. Amma işəgötürən tərəfindən,HT-nin razılığı ilə işdən azad ediləndə,ixtisara salıb balanızı ac qoyanda, dinmirsiniz. Yazmırsınız,şikayətlənmirsiniz. Niyə?Axi Həmkarlar ittifaqlarının işəgötürəndən - əmək , sosial və iqtisadi məsələlər barədə əmək qanunvericiliyə əməl olunmasını və aşkara .çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etmək hüququ var.Amma etmir! Ona görə ki,müstəqil deyillər. İşəgötürənin qeyri-rəsmi strukturuna çevriliblər. Onları siz seçmirsiniz və hətta hüququnuzu qorumayan bir qurumun "fəaliyyət" göstərməsi üçün əmək haqqınızın 1%- ni də həmin qurumun hesabına keçirirsiniz. Əksəriyyətinizin bu məbləğin əmək haqqından tutulması haqqında yazılı razılığınız olmadan. Mirvari Gahramanli TEREF