MrBeast 400 milyon abunəçi qazandı: "YouTube"dan xüsusi mükafat aldı
Dünən, 17:57
MrBeast (əsl adı Ceyms Stiven (Cimmi) Donaldson) "YouTube" kanalına abunə olan istifadəçilərinin sayının 400 milyona çatması münasibətilə platformanın baş direktoru Nil Mohandan xüsusi hazırlanmış unikal düymə alıb.
O, bu barədə "X" (əvvəlki Twitter) sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"On il əvvəl, hələ məşhurlaşmamışdan öncə, ətrafımdakı hər kəs mənim bu işə həddindən artıq bağlandığımı deyirdi və heç vaxt uğur qazana bilməyəcəyimi düşünürdü.
Buna baxmayaraq, mən kontent yaratmağı çox sevirdim və tam 7 il fasiləsiz olaraq, boş olan hər dəqiqəmi bu işə sərf etmişəm. Anama demişdim ki, başqa bir işlə məşğul olmaqdansa, evsiz qalmağa üstünlük verərəm", - deyə yutuberlər arasında ən məşhurlarından biri olan MrBeast qeyd edib.