Ərəb turisti soyan azərbaycanlı ƏLƏ KEÇDİ

3-08-2017, 14:19           
Ərəb turisti soyan azərbaycanlı ƏLƏ KEÇDİ
Bakıda soyğunçuluq hadisəsi baş verib. Lent.az xəbər verir ki, Oman vətəndaşı Abdulla Naseer Əlhadabi polisə mürciət edərək bildirib ki, Nəsimi rayonu Şamil Əzizbəyov küçəsində Murad adlı şəxs onu soyub. Şikayətçinin sözlərinə görə, həmin küçədə Murad ondan pul istəyib. Bakıya turist kimi gəlmiş Oman vətəndaşı pul qabını cibindən çıxaran kimi həmin şəxs onun əlindən pul qapını alaraq qaçıb.

Müraciət əsasında araşdırma aparılır.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində turistin içərisində 70 manatı, bankomat kartları, sürücülük və şəxsiyyət vəsiqələri olan pulqabısını açıq talama yolu ilə almaqda şübhəli bilinən Neftçala rayon sakini Murad Qasımov tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru