Bakıda şirkət prezidenti dənizdə boğuldu - Fotolar
3-08-2017, 21:22
Avqustun 1-də Bakıda dənizdə boğularaq ölən şəxsin tanınmış iş adamı olması məlum olub.
teref.az xəbər verir ki, Xəzərdə boğularaq vəfat edən 1965-ci il təvəllüdlü Azad Məmmədov “Metal İnşaat” şirkətinin prezidenti olub. İşgüzar şəxs kimi nüfuz qazanmış Azad Məmmədov həm də mədəniyyət-incəsənətə olan marağı ilə seçilirmiş.(lent)