“Mercedes Gelandewagen” qəza törətdi –Maşın alovlandı, 2 nəfər öldü + FOTOLAR

4-08-2017, 00:20           

Bakıda iki nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

APA-nın hadisə yerində olan əməkdaşının xəbərinə görə, “Mercedes Gelandewagen” markalı avtomobil paytaxtın Heydər Əliyev prospekti ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və “VAZ 21015” markalı avtomobilə arxadan çırpılıb.

Daha sonra “Mercedes Gelandewagen” yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçib və yanmağa başlayıb. Qəza nəticəsində “Mercedes Gelandewagen”in sürücüsü də daxil olmaqla, iki nəfər ölüb.

Qəza zamanı piyadanın da vurulduğu bildirilir.

Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.
teref.az-nun özəl mənbələrdən əldə etdiyi məlumata görə “Mercedes Gelandewagen” n ail Allahverdiyevin adına olsada özü maşında olmayıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru