Keçmiş Qazax OMON-un komandiri Elçin Əmiraslanov ifliç olub

26-10-2017, 21:54           

Vəkil Elçin Sadıqov Penitensiar Xidmətin Qobustanda yerləşən həbsxanasında saxlanılan ömürlük məhkumlar, keçmiş “OMON”-çular - Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovla görüşüb.

APA-nın məlumatına görə, Elçin Sadıqov bildirib ki, Elçin Əmiraslanovun sol tərəfi iflic olub, sol qolunu hərəkət etdirə bilmir, son vaxtlar epilepsiya qıcolmaları artıb. Vəkil deyib ki, həbsxanada saxlanıldığı dövrdə hepatit C virusuna yoluxan məhkuma lazımi tibbi xidmət göstərilmir, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmür.
Onun sözlərinə görə, Səfa Poladov və Arif Kazımovun da səhhətləri pisdir, həbsdə olduqları müddətdə dəfələrlə əməliyyat olunublar, hazırda ağır dərəcəli şəkərdən əziyyət çəkirlər.

Qeyd edək ki, hər üç şəxs 1996-cı ildə məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum edilib. Sonradan onların cəzaları ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub.

Onlar Qaradağ rayon Məhkəməsinə etdikləri müraciətdə cəzalarının 20 illik həbslə əvəz edilməsi və azadlığa buraxılmalarını istəyiblər. Lakin məhkəmə müraciəti təmin etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru