Bakıda dəhşətli qəza: Sürücü yandı - Foto/Video

2-08-2015, 21:30           

Bu dəqiqələrdə Bilgəh-Nardaran yolunda, çimərlik yaxınlığında dəhşətli qəza baş verib. Axar.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “Lənd Rover” markalı avtomobil “Zaparoji” və “Leksus” markalı avtomobillərlə toqquşub. Zərbənin gücündən “Zaparoji” avtomobili yanmağa başlayıb. Avtomobilin içində olan sürücü yanıb ölüb. "Lənd Rover" markalı avtomobildəki azyaşlı uşağın da dünyasını dəyişdiyi bildirilir. Hazırda hadisə yerində DYP əməkdaşları araşdırma aparır.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.