"Azərişıq"-dan borclulara ağır zərbə
27-10-2017, 08:01

"Azərişıq" ASC-nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı müvafiq qanunvericliyə uyğun olaraq fərdi qaydada dayandırılır.
teref.az xəbər verir ki, qurumdan Trend-ə verilən məlumata görə, elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin "Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma"sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun "Azərişıq" ASC tərəfindən ciddi tədbirlər görüləcək
Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.
Yaranmış borc ödənildikdən sonra istehlakçının elektrik enerjisi təchizatı yalnız "Azərişıq" ASC-nin əməkdaşı tərəfindən şəbəkəyə qoşula bilər.