ABŞ-da prezident Con Kennedinin qətli ilə bağlı 3 minədək sənəd dərc edilib

27-10-2017, 08:12           
ABŞ-da prezident Con Kennedinin qətli ilə bağlı 3 minədək sənəd dərc edilib
ABŞ-da prezident Con Kennedinin 1963 ildə qətli ilə bağlı 3 minədək sənəd ilk dəfə olaraq dərc edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əvvəllər məxfi olan 2891 yeni sənəd ABŞ Milli Arxivlərin saytında dərc olunub.

Xatırladaq ki, bundan əvvəl, 24 iyul tarixində 3 900 sənəd dərc edilmişdi. Ağ Evin məlumatına görə, 2018-ci ilin aprelinədək daha bir neçə min sənədin dərc olunacağı nəzərdə tutulub.

Prezident Donald Tramp bir neçə gün əvvəl cəmiyyətin qətllə bağlı daha dolğun məlumatlandırılmalı olduğunu bildirmişdi. Bununla belə, D.Tramp milli təhlükəsizlik baxımından mətnlərin müvafiq qurumlar tərəfindən redaktə olunacağını qeyd etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru