23 yaşlı gənc sevdiyi qızla nişanlanan oğlanı güllələdi

15-08-2015, 21:09           
23 yaşlı gənc sevdiyi qızla nişanlanan oğlanı güllələdi
Hacıqabul rayon sakini ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.

Rayonun Rəncbər kənd sakinlərinin virtualaz.org saytına verdikləri məlumata görə, hadisə avqustun 13-də axşam saatlarında rayonun Qubalı-Baloğlan kəndi ərazisində baş verib.

Qubalı-Baloğlan kəndinin sakini, 23 yaşlı Eyvazlı Tural Ələsgər oğlu “VAZ-21015” markalı şəxsi avtomobilini idarə edərkən ona naməlum şəxs tərəfindən ov tüfəngindən atəş açılıb.

Atəş nəticəsində T.Eyvazlı başından güllə yarası alıb. O, qırma yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Rəncbər kənd sakini, 23 yaşlı Emin Qasımov Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində ertəsi gün saxlanılıb.

Hadisənin nişanlı qız üstündə baş verdiyi deyilir. Belə ki, Tural Eyvazlı ilə Emin Qasımov eyni qızı sevirmiş. Emin Turalın da sevdiyi qıza nişanlanıbmış. Ona görə də gənclər düşmənə çevriliblər və Emin əğyarından qisas almaq qərarına gəlib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.