Bakının Heydər Əliyev prospektində güclü tıxac yaranıb. Avtomagistralın “Suraxanı dairəsi”ndən “Koroğlu” metro stansiyasına qədər olan hissəsində saat 9:30-dan başlayaraq hərəkət demək olar ki, tamamilə dayanıb. Sürücülərin virtualaz.org-a bildirdiklərinə görə, təxminən 40 dəqiqədən artıq yolda qalıblar.
Virtualaz.org yaranmış vəziyyətlə əlaqədar Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxlayıb. Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev tıxacın günün pik saatı olması ilə əlaqələndirib. Onun sözlərinə görə, hazırda ərazidə hər hansı qəza hadisəsi qeydə alınmayıb və yol bağlı deyil: “Bu yolda günün pik saatlarında həmişə tıxac olur. Hazırda yolda qəza yoxdur və yol bağlı deyil. Görünür bu tıxac da pik saatla əlaqədardır”.
M. Ağayev həmçinin qeyd edib ki, avtomagistralda hazırda sürət həddi salınmayıb.