Qarabağda erməni hərbçilər minaya düşdü: 3 ölü, 2 yaralı

29-03-2018, 13:15           
Qarabağda erməni hərbçilər minaya düşdü: 3 ölü, 2 yaralı
İşğal altında olan Qarabağda erməni hərbçilər minaya düşüb.

Ordu.az shamshyan.com saytına istinadən xəbər verir ki, bir necə saat öncə işğal altında olan Qarabağda mina partlayışı baş verib.

Məlumata görə, Ağdərə şəhərinin yaxınlığında yerləşən neytral zonada "Niva" markalı avtomobil minaya düşüb. Nəticədə 3 nəfər ölüb, 2 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Ermənistanın Qarabağda yerləşən ordu komandanlığının "mətbuat xidməti" açıqlama verərək hadisənin ordu ilə əlaqəsi olmadığını bildirib. Düşmən neytral zonada ölən hərbçiləri ərazilərin minadan təmizlənməsi üzrə əməkdaşlar olaraq təqdim edib.

Qeyd edək ki, Qarabağda qanunsuz minatəmizləmə əməliyyatları neytral zonalarda deyil, daha dərin (Xankəndi, Laçın-red) ərazilərdə aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru