Kubada qəzaya uğrayan təyyarənin göyərtəsində 110 nəfər olub

19-05-2018, 08:31           

Kubada qəzaya uğrayan "Boeing" təyyarəsinin göyərtəsində 110 nəfər olub.

Trend-in məlumatına görə, bunu təyyarəni icarəyə götürən "Global Air" şirkəti bildirib.

"Təyyarə Havana-Olgin (Kuba) reysini yerinə yetirərkən göyərtəsində 104 sərnişin və 6 ekipaj üzvü olub", deyə şirkətin məlumatında bildirilir.

Qeyd edək ki, təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Daha öncə üç nəfərin sağ qaldığı bildirilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru