Qarabağda erməni mayor yaxalandı

19-05-2018, 11:11           
Qarabağda erməni mayor yaxalandı
Qarabağda işğalçı ordunun mayoru hərbçilərdən məzuniyyət qarşılığında rüşvət aldığı üçün saxlanılıb. Virtualaz.org “Sputnik”ə istinadən xəbər verir ki, məlumatı Ermənistanın Baş Prokurorluğu yayıb.

Aldatma yolu ilə hərbi vəzifələrin yerinə yetrilməsinin müvəqqəti dayandırılmasına kömək etməkdə və rüşvət almaqda şübhəli bilinən işğalçı ordunun hərbi hissələrindən birinin qərargahının operativ şöbəsinin mayoru saxlanılıb.

Bir sıra hərbçilər ifadələrində qeyd ediblər ki, 2017-ci ilin oktyabr ayından 2018-ci ilin aprel ayına qədər şəxsən özləri və vasitəçilərin köməyi ilə şübhəli şəxsə pul ötürüblər.

Əvəzində isə o, həmin hərbçilərə məzuniyyətin verilməsinə əsas yaratmaq məqsədilə hərbi hissəyə müvafiq məlumatlar göndərirmiş.

Mayor D.Q. etiraf edib ki, xidmət etdikləri yerə yalan məlumatlar göndərmək məqsədilə bir sıra hərbçilərdən pul alıb. Fakt üzrə cinayət işinə başlanıb.

Qeyd olunur ki, vasitəçi kimi hərbçilərin valideynləri və yaxın qohumları, hərbi hissələrdən birinin çavuşu (ona qarşı da ittiham irəli sürülüb) və Pthunk kəndinin sakini olan keçmiş hərbçi S.Q. çıxış ediblər.

Rüşvətin məbləği 60-75 min dram (220-275 manat) təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru