Rəşad Mahmudov Bakı Ürək Mərkəzinin rəhbərliyindən uzaqlaşdırıldı

19-05-2018, 13:16           
Rəşad Mahmudov Bakı Ürək Mərkəzinin rəhbərliyindən uzaqlaşdırıldı
Azərbaycanın tanınmış cərrahı, millət vəkili Rəşad Mahmudov Bakı Ürək Mərkəzinin rəhbərliyindən uzaqlaşdırılıb.

teref.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Oqtay Şirəliyev dünən sərəncam imzalayıb. Məlumatı millət vəkili Rəşad Mahmudovun özü BakuPost-a təsdiqləyib. Onun sözlərinə görə, Bakı Ürək Mərkızi ilə bağladığı müqavilənin müddəti mayın 18-də bitib. Müqavilənin müddəti artırılmadığına görə onun işinə xitam verilib.

Qeyd edək ki, son vaxtlar Rəşad Mahmudov səhiyyə naziri vəzifəsinə iddialı şəxs kimi təqdim edilirdi.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində "Ürək Mərkəzi” ötən ilin mayında yaradılıb. Mərkəzə həmin gündən Rəşad Mahmudov rəhbərlik edirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru