Dişdə zəhər, kəllə sümüyündə güllə deşiyi... - Hitlerin ölüm tarixi TƏSDİQLƏNDİ

19-05-2018, 21:48           

Fransalı alimlər 1946-cı ildən bəri ilk dəfə Adolf Hitlerin dişlərinin fraqmentlərini tədqiq edərək onun ölümünün dəqiq tarixini müəyyənləşdiriblər.

teref.az xəbər verir ki, tədqiqatçılar 2017-ci ildə Rusiyanın onlara verdiyi diş qalıqlarının həqiqi olduğunu bildiriblər. Ekspertiza Adolf Hitlerin 1945-ci il aprelin 30-da öldüyünü təsdiqləyib.

Alimlər, həmçinin diktatorun kəllə sümüyünün fraqmentini də nəzərdən keçirib və onun Hitlerin kəllə sümüyünün radioqrafiyasına uyğun gəldiyini görüblər.

Mütəxəssislərin sözlərinə görə, o zaman alimlər nasist diktatorun ölüm səbəbini müəyyən etməyə çətinlik çəkiblər. Ekspertlər fraqmentləri tədqiq etdikdə fürerin dişlərində və diş protezlərində zəhər izlərinə, kəllə sümüyündə isə güllə deşiyinə rast gəliblər. (Azərtac)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru