Əmi qardaşı qızının keçmiş evini taladı - AZƏRBAYCANDA

21-05-2018, 00:56           
Əmi qardaşı qızının keçmiş evini taladı - AZƏRBAYCANDA
Mayın 17-də Gəncə sakininin evindən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət axtarış idarəsinin və Kəpəz rayon Polis İdarəsinin əməkdaşları dərhal əməliyyat istintaq tədbirləri həyata keçirib.

Müəyyən olunub ki, şəhər sakininin evindən oğurluq edən keçmiş gəlinin əmisi 1973-cu il təvəllüdlü Göygöl rayonunda anadan olmuş Nofəl Məhərrəmovdur. Hazırda saxlanılan N. Məhərrəmov Rusiya Federasiyasında 6 il azadlıqdan məhrum edilib.

Faktla bağlı araşdırma davam etdirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.