ABŞ-da puma velosipedçini PARÇALADI

21-05-2018, 09:37           

ABŞ-ın Vaşinqton ştatında iki velosipedçi pumanın hücumuna məruz qalıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Snokvalmi şəhəri yaxınlığındakı meşədə baş verib. Axşam saatlarında xilasetmə bürosuna zəng olub və dəstəyin digər tərəfində qışqırıq səsləri eşidilib. Dərhal hadisə yerinə yollanan xilasedicilər velosipedçilərdən birini yaralı halda tapıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

İkinci velosipedçinin izinə rast gəlməyən xilasedicilərin ehtimalına görə, yırtıcı pişik onu parçalayıb. Uzun axtarışlardan sonra xilasedicilər velosipedçinin cəsədini tapıb. Puma da cəsədin yanında olub. Xilasedicilər yirtıcı heyvanı güllələyib.

1980-ci ildən bəri ABŞ-da 100-dən çox insan yırtıcı pişiklərin hücumuna məruz qalıb və onlardan 20-si həyatını itirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru