Bakıda güclü partlayış: 2 nəfər ölüb, xəsarət alanlar var (YENİLƏNİB)

21-05-2018, 17:32           

Bakıda kafedə partlayış nəticəsində iki nəfər ölüb.

Ölən şəxslərin meyitləri tanınmaz haldadır.

Xəsarət alanların sayı barədə məlumat dəqiqləşdirilir.

(Report)

***

Bakının Binəqədi rayonun, "Elit" Ticarət Mərkəzi ilə üzbəüz avtomobil ehtiyat hissələrinin satıldığı bazarda yanğın başlayıb. Bu barədə Yeniavaz.com saytına hadisə şahidləri məlumat veriblər. Onlar yanğın yerindən çəkdikləri videoları saytımıza göndəriblər.

Yanğın zamanı bir nəfərin öldüyü bildirilir. Bir neçə nəfər isə xəsarət alıb.

"Təcili yardım" bir qədər gecikdiyindən yaralıların bəziləri xəstəxanaya taksi ilə yola salınıb.

Yanğının bazardakı kafedə baş verən partlayış nəticəsində başladığı bildirilir.

Hazırda hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım xidmətinin əməkdaşları və polislər cəlb olunublar.

Hadisə ilə bağlı araşdırmalar davam edir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.