ABŞ-da "Baku" və "Agdam" nömrə nişanlı maşınlar - FOTO

22-05-2018, 13:29           
ABŞ-da "Baku" və "Agdam" nömrə nişanlı maşınlar - FOTO
ABŞ-da AXC-nin 100 illiyinə həsr olunan avtomobil yürüşü təşkil olunub.

Trend-in məlumatına görə, Azərbaycan-Amerika Qadın Cəmiyyətinin və Nyu York Azərbaycan evinin rəhbəri Minəvvər Vahabovanın təşkilatçılığı ilə ABŞ-da “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyası çərçivəsində silsilə tədbirlər keçirilib.Tədbirlər Nyu York şəhərində bir neçə yerdə təşkil edilib.

Belə ki, mayın 20-də Nyu York və ətraf ştatlarda yaşayan həmvətənlərimiz “Times Square”də bir araya gələrək dünya azərbaycanlılarına AXC-nin 100 illiyi münasibətilə təbrik mesajlarını da göndəriblər. Soydaşlarımız əllərində Azərbaycanın 1918-20 illərindəki xəritəsi olan posterlər və bayraqlar tutaraq videogörüntü vasitəsilə öz ürək sözlərini deyiblər. Həmvətənlərimiz, eyni zamanda Nyu Yorkda yerli xalq arasında AXC haqqında məlumatlandırma aparıblar.

Sonra Nyu York şəhərinin Manhetten bölgəsindən Bruklin bölgəsinə AXC-nin 100 illiyinə həsr olunan avtomobil yürüşü təşkil olunub. Yürüşdə iştitak edən avtomobillərdə Azərbaycana aid nömrə nişanları (“Azerbaijan”, “Baku”, “Baku10”, “Baku55”, “Baku26”, “Agdam” və s.) xüsusi yer alıb.

Daha sonra isə soydaşlarımız AXC-nin 100 illiyini bayram şənliyi ilə qeyd ediblər. Mərasimdə Azərbaycan musiqiləri səslənib, qonaqlara milli mətbəxmizə aid təamlar təqdim olunub.



Bu isə İngiltərədə olan maşındır!













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru