Lotu Qulinin Rusiyadakı “valisi” saxlanıldı – DUBAYDA “OĞRU” ADI ALACAQDI - FOTOLAR

23-05-2018, 11:49           
Lotu Qulinin Rusiyadakı “valisi” saxlanıldı – DUBAYDA “OĞRU” ADI ALACAQDI - FOTOLAR
Rusiyanın Çelyabinsk şəhərində 47 yaşlı kriminal avtoritet Rəhman Abdullayev tutulub.

Musavat.com.un yerli KİV-lərə istinadən hazırladığı məlumata görə, kriminal avtoritet Rusiya DİN Çelyabinsk vilayət Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib. O, sahibkarlara zorən haqq qoymaqda, saxta şirkətlər yaradaraq külli-miqdarda vergidən yayınmaqda və sair cinayətlərdə ittiham olunur.

Yerli KİV-lərin yazdığına görə, Rəhman Abdullayev Lotu Quli ləqəbli Nadir Səlifovun Cənubi və Şərqi Ural üzrə “valisi” sayılır. Məhz Qulinin adına görə, regionun azərbaycanlı sahibkarları Rəhmana haqq verirlərmiş.

Başqa bir məlumata görə, Rəhman Abdullayevə bu yaxınlarda Dubayda “qanuni oğru” adı veriləcəkmiş.

Musavat.com















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru