Rusiyada terrorçularla əlaqədə şübhəli bilinən 8 nəfər saxlanılıb

24-05-2018, 08:38           
Rusiyada terrorçularla əlaqədə şübhəli bilinən 8 nəfər saxlanılıb
Rusiyanın Federal Təhlükəsizlik Bürosu tərəfindən Orta Asiya respublikalarından olan 8 nəfər saxlanılıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla bağlı xüsusi əməliyyat Kalininqrad vilayətində keçirilib.

Saxlanılanlar İŞİD-in bölmələrindən olan "Camaat Tauhid vəl-Cihad" terrorçu cəmiyyəti ilə əlaqədə şübhəli bilinirlər. Müəyyən edilib ki, saxlanılanlardan ikisi Suriya ərazisindəki qanunsuz birləşmələrin üzvləri ilə əlaqədə olublar. Saxlanılanlar qanunsuz birləşmə üzvlərinin göstərişi ilə Kalininqrad sakinlərini terror təşkilatının fəaliyyətində iştiraka məcbur ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.